Həştərxanda Azərbaycan Mədəniyyəti günləri və Xəzər mediaforumu keçiriləcək

Həştərxanda Azərbaycan Mədəniyyəti günləri və Xəzər mediaforumu keçiriləcək Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Bakıya səfər edib
Xarici siyasət
13 Mart , 2015 13:03
Həştərxanda Azərbaycan Mədəniyyəti günləri və Xəzər mediaforumu keçiriləcək

Bakı. 13 mart. REPORT. AZ/ Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev Bakıya səfər edib. "Report" Həştərxan vilayətinin rəsmi portalına istinadən xəbər verir ki, D.Afanasyev Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüb. Görüş zamanı nazir 2015-ci ildə Həştərxan vilayətinin Azərbaycanla əməkdaşlığının inkişafı üzrə planları təqdim edib. 

Nazir, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla danışıqlar aparıb. Danışıqlar zamanı iqtisadi və humanitar sahələrdə əlaqələrin perspektivləri müzakirə olunub. 

Tərəflər 2015-ci ilin mayında Bakıda "Lotos" xüsusi iqtisadi zonanın təqdimatı, Azərbaycan ərazisində "Bizim Böyük Qələbəmiz" ictimai-vətənpərvər layihəsi çərçivəsində "Yaddaş estafetinin" keçirilməsi, eləcə də 2015-ci ilin sentyabr ayında Həştərxan vilayətinin ərazisində Azərbaycan Mədəniyyəti günləri və Xəzər mediaforumunun keçirilməsinə hazırlıq məsələlərini müzakirə ediblər.  

Görüşün yekununda, Ə.Həsənov Azərbaycan tərəfinin tədbirlərdə iştirak edəcəyini və onların təşkilində  lazımi yardım göstərəcəyinə hazır olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi