Həştərxan vilayətinin qubernatoru Azərbaycana gələcək

Həştərxan vilayətinin qubernatoru Azərbaycana gələcək Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.
Xarici siyasət
12 Dekabr , 2017 12:41
Həştərxan vilayətinin qubernatoru Azərbaycana gələcək
adm.astrobl.ru

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə A.Jilkin regionun sosial və iqtisadi inkişaf perspektivlərinə həsr olunan mətbuat konfransında bildirib.

Qubernator Bakıya səfəri zamanı Azərbaycan tərəfinə 2018-ci ildə işlənməsi üçün bir sıra təkliflər təqdim edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, 2017-ci ildə fəal inkişaf edən "Lotus" xüsusi iqtisadi zonasında xarici biznesin ilk nümayəndələri məhz azərbaycanlı investorlar olublar. Azərbaycanın "ATEF" şirkətlər qrupu orada elektrotexniki avadanlığın istehsalı üzrə zavodun tikintisinə başlayıb. Layihədə elan edilən sərmayə 1,1 milyard rubldan çoxdur.

Son xəbərlər

Orphus sistemi