​Həsən Ruhani Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

​Həsən Ruhani Azərbaycan Prezidentinə təbrik məktubu göndərib “Dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm”
Xarici siyasət
3 İyun , 2015 17:17
​Həsən Ruhani Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bakı. 3 iyun. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, İran Prezidentinin təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcək.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalılığı arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi