Herbert Zalber avqustun ortalarında Aİ-nin xüsusi nümayəndəsi vəzifəsindən ayrılacaq

Herbert Zalber avqustun ortalarında Aİ-nin xüsusi nümayəndəsi vəzifəsindən ayrılacaq O, Aİ ölkələrindən birində Almaniyanın səfiri vəzifəsinə təyin olunacaq
Xarici siyasət
31 İyul , 2017 13:10
Herbert Zalber avqustun ortalarında Aİ-nin xüsusi nümayəndəsi vəzifəsindən ayrılacaq

Bakı. 31 iyul. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber avqust 15-də vəzifəsindən ayrılacaq.

Bu barədə "Report"a diplomatın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, H.Zalber Aİ ölkələrindən birində Almaniyanın səfiri vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, H.Zalber Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə 2014-cü il iyulun 8-də təyin edilib.

Müəllif: Anaxanım Hidayətova

Son xəbərlər

Orphus sistemi