Henri Cekson Cəmiyyətinin elmi işçisi: "Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır"

Henri Cekson Cəmiyyətinin elmi işçisi: "Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır" "Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır.
Xarici siyasət
19 oktyabr 2022 07:52
Henri Cekson Cəmiyyətinin elmi işçisi: Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır

"Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır.

Qərb dünyasının ictimai mövqeyində Azərbaycanı haqsız tərəf kimi təqdim etməyə çalışırlar".

"Report" xəbər verir ki, bunu Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

O deyib ki, bu, həm də erməni diasporunun fəaliyyətinin nəticəsidir:

"Həmçinin Qərbdə müsəlmanlara qarşı ikili standartlar da özünü göstərir. 4000 minə yaxın Azərbaycanlının itkin düşməsi faktdır. Amma Qərbdə bunu çox az adam bilir. Habelə, 1 milyona yaxın insan qaçqın düşüb. Sözügedən məsələlərdə araşdırmalarıma görə ciddi təqiblərə məruz qalmışdım. Məni hədələyirdilər. Çünki onlar bilirdilər ki, araşdırmanın nəticəsində ifşa oluna bilərdilər".

T.Kuzionun fikrincə, Qərb Ukraynadakı və Azərbaycandakı hadisələrə eyni cür yanaşmır.

"Biz ikili standartların qarşısını almalıyıq", o, - əlavə edib.

Elmi işçi bu gün Ukraynada baş verənləri Birinci və İkinci Qarabağ müharibəsi ilə müqayisə edib:

"Rusiya da Ukraynanın 20 faizini işğal edib. İndi Qərb ölkələri Rusiyanı təcavüzkar adlandırırlar. Ermənistana isə belə yanaşmırlar".

Son xəbərlər

Orphus sistemi