"Henley & Partners": Azərbaycan pasport gücünə görə dünyada 74-cüdür

"Henley & Partners": Azərbaycan pasport gücünə görə dünyada 74-cüdür Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir
Xarici siyasət
14 Mart , 2017 09:37
Henley & Partners: Azərbaycan pasport gücünə görə dünyada 74-cüdür

Bakı. 14 mart. REPORT.AZ/ "Henley & Partners" şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada "gücünə" görə 74-cü yeri tutur.

"Report" xəbər verir ki, Azərbaycan bu siyahıda qonşuları Ermənistan (78-ci yer) və İranı (95-ci yer) qabaqlayıb. Reytinqdə Gürcüstan 68-ci, Türkiyə 52-ci, Rusiya 51-ci olub.

Reytinqin üst pillələrində Almaniya, İsveç, Danimarka, Finlandiya, İtaliya, İspaniya, ABŞ yer alıb. Sonuncu yerlərdə isə Somali, Suriya, Pakistan, İraq, Əfqanıstan qərarlaşıb.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır. Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi