Yohannes Han: "Şərq Tərəfdaşlığı" qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün açardır"

Yohannes Han: "Şərq Tərəfdaşlığı" qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün açardır" Avropa İttifaqına üzv dövlətlər və altı tərəfdaş ölkə həmişə birlikdə işləməyə sadiq olduqlarını bildirib.
Xarici siyasət
14 May , 2019 13:27
Yohannes Han: Şərq Tərəfdaşlığı qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün açardır

"Avropa İttifaqına üzv dövlətlər və altı tərəfdaş ölkə həmişə birlikdə işləməyə sadiq olduqlarını bildirib".

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında deyib.

"Şərq Tərəfdaşlığı" qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün açardır", - o bildirib.

Avrokomissar xatırladıb ki, SSRİ-nin dağılması yeni sərhədləri və yeni imkanları olan dövlətləri yaradıb: "Bu, əsas vəzifələri Aİ və Avropanın qitəsinin sabitliyi, təhlükəsizliyi və rifahına yardım edən maraqlı tərəfdaşlar arasında siyasi birlik və iqtisadi inteqrasiyası olan "Şərq Tərəfdaşlığı" Proqramını yaratmağa imkan verdi".

O vurğulayıb ki, Aİ və tərəfdaş ölkələr "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində güclü və diversifikasiyalı iqtisadiyyatın inkişafı üçün birgə çalışıb, ölkələr arasında ticarət əlaqələrinin inkişafı üçün infrastruktur layihələri yaradıb, Aİ-nin siyasi müstəqilliyinə müsbət təsir göstərəcək enerji balansının yaradılması üzərində çalışıb.

Son xəbərlər

Orphus sistemi