Bakı. 8 dekabr. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının sayca 23-cü illik iclası öz işinə başlayıb.
"Report" xəbər verir ki, iclasda 50 xarici işlər naziri, o cümlədən Azərbaycan diplomatiyasının rəhbəri Elmar Məmmədyarov iştirak edir.
İclasda 2016-cı ildə ATƏT-in sədri kimi Almaniyanın fəaliyyətinə baxılacaq.
Nazirlər, həmçinin ATƏT məkanında mövcud olan münaqişələrin həlli məsələlərini, böhranların idarəedilməsi məsələlərində ATƏT-in imkanları gücləndirilməsini, silah təchizatlarına nəzarəti, müasir çağırışlara cavabları müzakirə edəcəklər.
Eyni zamanda, iclasda 2017-ci ildə ATƏT-in sədri olacaq Avstriyanın prioritetləri elan olunacaq.