Hakan Fidan: Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək

Hakan Fidan: Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir.
Xarici siyasət
18 Yanvar , 2025 13:58
Hakan Fidan: Türk dövlətlərinin ortaq fəaliyyəti bu il də ən yüksək səviyyədə davam edəcək
Hakan Fidan

SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-də türkiyəli həmkarı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında "Report”un sualını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bu mənada TDT-nin daha funksional hala gəlməsi strateji bir addımdır.

“Azərbaycan və Türkiyə bu mövzuda da bir-birinin yanındadır və bərabər addımlayır. 2024-cü ildə atılan addımları bu il bir addım daha irəli aparacağıq”, - H.Fidan bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin ortaq fəaliyyəti 2025-ci ildə də ən yüksək səviyyədə davam edəcək:

“Bununla da regiona faydalı olacağımızı düşünürük”.

Son xəbərlər

Orphus sistemi