Hakan Fidan: Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək

Hakan Fidan: Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək Enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək. “Report”un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib. Nazir
Xarici siyasət
18 Yanvar , 2025 13:49
Hakan Fidan: Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək
Hakan Fidan

Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək.

“Report”un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, ölkələr arasındakı münasibətləri daha da gücləndirəcəklər: “Qars-Naxçıvan dəmiryolunu ən qısa zamanda həyata keçirmək hədəfimizdədir”.

Hakan Fidan həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub:

“Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərdən məlumatlıyıq. Ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.

Son xəbərlər

Orphus sistemi