Haaqada Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Haaqada Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar klassik musiqidən ibarət konsert proqramı keçirilib.
Xarici siyasət
13 Dekabr , 2023 01:32
Haaqada Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar klassik musiqidən ibarət konsert proqramı keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfiri Rəhman Mustafayev sosial şəbəkədə bildirib.

“Bu gün biz Haaqa diplomatik korpusunun üzvləri ilə birlikdə Nərgiz Əliyarovanın ifasında Azərbaycan klassik musiqisindən ibarət gözəl konsert proqramı ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin parlaq xatirəsini ehtiramla yad etdik. Qonaqlarımıza və istedadlı pianoçumuza çox təşəkkür edirik”, - diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi