​Gürcüstanın baş naziri: "Təşvişə düşməyin, bu təxribatdır"

​Gürcüstanın baş naziri: "Təşvişə düşməyin, bu təxribatdır" İrakli Qaribaşvili: "Yadınızdadırsa, bir qrup Gürcüstan adından çıxış etmişdi"
Xarici siyasət
10 İyul , 2015 15:24
​Gürcüstanın baş naziri: Təşvişə düşməyin, bu təxribatdır

Bakı. 10 iyul. REPORT.AZ/ "Təşvişə düşməyin, belə təxribatlar idmançılar üçün səciyyəvidir. Onu da deyim ki, bütün ölkələrdə təxribatçı qruplar fəaliyyət göstərir. Bu onda da qeydə alınmışdı. Xatırlayırsınızsa, bir qrup Gürcüstan adından çıxış etmişdi. İndi həmin hərəkət Azərbaycan adından da təkrarlanıb. Bu adi təxribatdır. Belə təxribatlar bizim dost münasibətimizə təsir edə bilməz. Bizdəki kimi onlarda da avantüristlər və təxribatçılar var. Bütün ölkələrdə belələri var. Nə isə... Biz buna fikir verməməli, tərəqqiyə nail olmalı və inkişaf etməliyik".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu iyulun 9-da "Qəbələ"- "Dinamo"(Tbilisi) oyununda baş verən hadisəyə münasibət bildirən ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

Xatırladaq ki, iyulun 2-də Tbilisidə "Dinamo"-"Qəbələ" oyunu zamanı gürcü azarkeşlər stadiondan "Biz Zaqatala, Qaxı xatırlayırıq,1921" yazılmış plakat asıb. Qarşılaşmadan sonra Azərbaycanın bayrağını tapdamışdılar. Habelə "Qəbələ" Futbol Klubunun bir neçə azarkeşini döymüşdülər.

Hadisəndən sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili günahkarların cəzalandırılacağını bildirmişdi. Ancaq ötən müddət ərzində cinayəti törədənlərin tapılıb, cəzalandırılması ilə bağlı Gürcüstan tərəfdən heç bir əməli addım atılmayıb.

Qeyd edək ki, iyulun 9-da iki klub arasında Qəbələdə keçirilən oyunun ilk hissəsinin sonlarına yaxın stadionda bir qrup azarkeş gürcülərin Tbilisidə Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq ingilis dilində "Borçalı Azərbaycandır!", "Marneuli, yox Sarvan" və "Qardabani, yox Qaratəpə" yazılmış plakatlar qaldırıblar.

Qısa müddətdən sonra polis həmin plakatları yığışdırıb.

Son xəbərlər

Orphus sistemi