Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib

Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.
Xarici siyasət
22 Sentyabr , 2021 21:15
Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib

Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar. Onlar işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.

Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.

Səfər çərçivəsində Xanqızı Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün büstləri, Bülbülün bərpa edilmiş ev-muzeyi, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi də ziyarət olunub. Nümayəndə heyəti Cıdır düzünə də baş çəkib.

Gürcüstanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri davam edir.

Qeyd edək ki, gürcüstanlı qonaqlar bundan öncə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında da olublar.

Son xəbərlər

Orphus sistemi