“Noyabrın 15-də Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində azərbaycanlı və erməni həmkarlarımla söhbət aparmışam”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə çıxışında deyib.
O, hər iki həmkarı ilə ünsiyyətdə problemin olmadığını bildirib: “Azərbaycanlı və erməni həmkarımla daimi olaraq əlaqədəyəm. Biz Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq üçün hansı addımların atılması, təşəbbüslərin praktiki müstəviyə keçməsi barədə müzakirələr apardıq. Biz növbəti addımları mərhələli şəkildə müəyyən etməyə çalışırıq ki, regional əməkdaşlıq proseslərinə xələl gətirilməsin”.