Gürcüstanın XİN başçısı Azərbaycan səfiri ilə vida görüşü keçirib

Gürcüstanın XİN başçısı Azərbaycan səfiri ilə vida görüşü keçirib Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
31 Avqust , 2020 16:13
Gürcüstanın XİN başçısı Azərbaycan səfiri ilə vida görüşü keçirib

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Vida görüşündə nazir D.Həsənova Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli strateji münasibətlərin gücləndirilməsi və dərinləşdirilməsindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

D.Zalkaliani gələcəkdə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Görüşün sonunda XİN başçısı azərbaycanlı diplomata səmərəli xidmətinə görə bir daha minnətdarlıq edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi