Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər edəcək

Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər edəcək Tea Tsulukiani azərbaycanlı həmkarı və digər rəsmi şəxslərlə görüşəcək
Xarici siyasət
7 Fevral , 2017 18:24
Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər edəcək

Tbilisi. 7 fevral. REPORT.AZ/ Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani fevralın 10-da Azərbaycana səfər edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində xanım nazir Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfər zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında, eləcə də penitensiar, notarial və digər ədliyyə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, birbaşa əlaqələrin qurulması imkanları müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi