Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib Bakı. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
24 Dekabr , 2018 17:20
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Doğum gününüz münasibətilə Gürcüstan hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, iki dost ölkə və xalq arasında dostluğa, qarşılıqlı etibara əsaslanan yaxın və möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcəkdir. Əminəm ki, bizim nümunəvi tərəfdaşlığımız regionda sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynamaqdadır.

Hörmətli cənab Prezident, ürək sözlərimi ifadə edərək, Sizə öz dərin ehtiramımı, ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

Son xəbərlər

Orphus sistemi