Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə başsağlığı verib

Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə başsağlığı verib “Bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm”
Xarici siyasət
23 May , 2015 15:07
Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə başsağlığı verib

Bakı. 23 may. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.

Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm”.

Son xəbərlər

Orphus sistemi