Yuxarı
    Bağlamaq

    ​Gürcüstanın baş naziri Azərbaycan Prezidenti ilə görüşəcək

    Görüşün Davosda keçirilməsi nəzərdə tutulub

    Bakı. 19 yanvar. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

    "Report" "apsny.ge"yə istinadən xəbər verir ki, görüşün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun 46-cı sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.

    G.Kvirikaşvili İsveçrəyə yanvarın 20-də yola düşəcək və səfər 22 yanvar tarixinədək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi