Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq

Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq.
Xarici siyasət
17 Yanvar , 2025 14:47
Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq
Zurab Pataradze

Gürcüstanın Azərbaycandakı yeni səfirliyinin ərazisi 3500 kvadratmetr olacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan paytaxtının mərkəzi ərazisində Gürcüstanın yeni səfirliyi yerləşəcək:

"Gürcüstanın səfirliyinin inşası üçün Azərbaycan tərəfindən verilən torpaq sahəsinin yerləşdiyi yer Bakı şəhərinin mərkəzində 3500 kvadratmetr sahəni əhatə edəcək. Səfirlikdə əsas binadan əlavə, səfirin rezidensiyası və konsulluq qəbulu kimi müxtəlif layihələr həyata keçiriləcək".

Diplomat bu faktın qonşu və dost ölkələr arasında əlaqələrin inkişafı və güclənməsi üçün çox əhəmiyyətli olduğunu qeyd edib.

Ruslan Həsənov

Son xəbərlər

Orphus sistemi