Gürcüstanın Azərbaycandakı səfiri Dövlət Turizm Agentliyinin sədri ilə görüşüb

Gürcüstanın Azərbaycandakı səfiri Dövlət Turizm Agentliyinin sədri ilə görüşüb Tbilisi. 10 oktyabr. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.
Xarici siyasət
935
10 Oktyabr , 2018 17:58
Gürcüstanın Azərbaycandakı səfiri Dövlət Turizm Agentliyinin sədri ilə görüşüb
0 : 00
0 : 00

Tbilisi. 10 oktyabr. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Z.Patardze Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edərək müxtəlif sahələrdə uğurlu ikitərəfli əməkdaşlığın olduğunu bildirib.

O, F.Nağıyevə Gürcüstanın müxtəlif bölgələrində turizm sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Səfir deyib ki, gələn il açılacaq Bakı-Batumi-Bakı marşrutu üzrə birbaşa aviareyslər Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayının artmasına təsir göstərəcək.

F.Nağıyev isə, öz növbəsində, Z.Pataradzeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Agentlik sədri Gürcüstanın turizm sahəsindəki uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduqlarını söyləyib.

Tərəflər iki ölkənin turizm potensialının təbliği istiqamətində əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi