Gürcüstanın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin olunub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin olunub Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub.
Xarici siyasət
22 İyul , 2019 11:14
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin olunub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu yerli mətbuat yazıb. 

Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə qərar qəbul edib. 

XİN-dən isə bildirilib ki, Ukraynaya səfir postuna uyğun namizədin seçilməsi prosesi davam edir və proses başa çatandan sonra səfirin adı ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, T.Şaraşenidze 2011-2018-ci illərdə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Qonşu ölkənin Ukraynadakı keçmiş səfiri Gela Dumbadze bu yaxınlarda vəzifəsindən azad olunub. O, fəaliyyətini Gürcüstan XİN-də davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi