Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir Gürcüstandan 250-yə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunur.
Xarici siyasət
22 Yanvar , 2021 09:16
Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

Gürcüstandan 250-yə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunur.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslərin arasında Azərbaycanla yanaşı, Gürcüstan vətəndaşları da var.

Proses saat 10:00-da başlayacaq və təxliyə olunanlar artıq “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində COVID-19 təsdiqlənməyib. Onlara Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları tərəfindən arayış təqdim olunacaq. Bundan sonra onlar Azərbaycan ərazisinə daxil olacaqlar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana son təxliyə bu ilin yanvarın 15-də həyata keçirilib. Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 218 Azərbaycan vətəndaşı Vətənə dönüb.

Son xəbərlər

Orphus sistemi