Gürcüstandan 178 Azərbaycan vətəndaşı Vətənə yola salınıb

Gürcüstandan 178 Azərbaycan vətəndaşı Vətənə yola salınıb Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tbilisidən üç avtobusla Vətənə yola salınıb.
Xarici siyasət
23 İyun , 2020 10:17
Gürcüstandan 178 Azərbaycan vətəndaşı Vətənə yola salınıb

Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tbilisidən üç avtobusla Vətənə yola salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, təxliyə olunanların koronavirusla bağlı ötən gün verdikləri testlərin nəticələri neqativ çıxıb.

Vətəndaşlar Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazəsi olacaq. 

Son xəbərlər

Orphus sistemi