Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanılıb Tbilisi. 14 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.
Xarici siyasət
14 Fevral , 2019 17:02
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanılıb

Tbilisi. 14 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, o, vəzifədə olarkən müxtəlif cinayətlər törətməkdə ittiham olunur.

G.Arevadze 2004-2007-ci illərdə Bolnisi rayonu administrasiyasının rəhbəri vəzifəsini tutub.

Gürcüstanın Baş Prokurorluğu keçmiş dövlət məmurunun saxlanılmasını təsdiq etsə də, istintaqın hansı maddə üzrə aparıldığını hələlik açıqlamır.

G.Arevadzeyə qarşı bu gün ittihamın rəsmən irəli sürüləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi