Gürcüstanda azərbaycanlı Novruz təşəbbüsünü dəstəkləyən deputatlara paxlava payladı

Gürcüstanda azərbaycanlı Novruz təşəbbüsünü dəstəkləyən deputatlara paxlava payladı Gürcüstanda Novruzun milli bayram və martın 21-nin qeyri-iş günü elan edilməsi ilə bağlı təşəbbüsün müəllifi, ictimai fəal Samira Bayramova parlamentdə olub.
Xarici siyasət
28 İyun , 2021 19:50
Gürcüstanda azərbaycanlı Novruz təşəbbüsünü dəstəkləyən deputatlara paxlava payladı
Samira Bayramova və Tariel Nakaidze

Gürcüstanda Novruzun milli bayram və martın 21-nin qeyri-iş günü elan edilməsi ilə bağlı təşəbbüsün müəllifi, ictimai fəal Samira Bayramova parlamentdə olub.

“Report”un yerli bürosu xəbər verir ki, o, təşəbbüsü dəstəkləyən deputatlar – Tariel Nakaidze, Ana Natsvlişvili və Sofio Şamanidiyə Novruz bayramının şirniyyatlarından olan paxlava hədiyyə edib.

S.Bayramova Gürcüstanın azərbaycanlı icması adından parlament üzvlərinə həmrəyliyə və dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu təşəbbüsün Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsində müzakirəsi aparılır. Novruz bayramı 2010-cu ildə sabiq prezident Mixeil Saakaşvilinin təşəbbüsü ilə milli bayram elan olunmuşdu. Gürcü Arzusu Partiyasının hakimiyyətə gəldiyi 2012-ci ildən sonra bayramın rəsmi statusu dayandırılıb.

Son xəbərlər

Orphus sistemi