"Biz Azərbaycanla güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk və regionumuzda sabitlik və firavanlığa nail olmaq üçün onu möhkəmləndirəcəyik".
"Report"un yerli bürosu xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin təbrikində yer alıb.
"Gürcüstanın əsl dost, yaxın qonşu və tərəfdaşı olan Azərbaycanı xüsusi bayram - Müstəqillik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.