Gürcüstan XİN “Şərq Tərəfdaşlığı” çərçivəsində görüş barədə məlumat yayıb

Gürcüstan XİN “Şərq Tərəfdaşlığı” çərçivəsində görüş barədə məlumat yayıb Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iyunun 11-də təşkil olunacaq qeyri-rəsmi videokonfransına Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell rəhbərlik edəcək.
Xarici siyasət
10 İyun , 2020 19:21
Gürcüstan XİN “Şərq Tərəfdaşlığı” çərçivəsində görüş barədə məlumat yayıb

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iyunun 11-də təşkil olunacaq qeyri-rəsmi videokonfransına Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell rəhbərlik edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Toplantıda Aİ-nin Avropa Qonşuluq siyasəti və genişləndirmə danışıqları üzrə komissarı Oliver Varqeyi də iştirak edəcək.

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani çıxışında ölkənin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə əməkdaşlıq dinamikası barədə danışacaq və 2020-ci ildən sonra bu təşəbbüsün gələcəyinə dair fikirlərini bölüşəcək.

Tərəflər həmçinin qlobal pandemiyanın yaratdığı problemlər və bu prosesdə əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi