Gürcüstan və Qazaxıstan baş nazirlərinin Azərbaycana səfəri başa çatıb

Gürcüstan və Qazaxıstan baş nazirlərinin Azərbaycana səfəri başa çatıb Onları hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
30 Oktyabr , 2017 20:53
Gürcüstan və Qazaxıstan baş nazirlərinin Azərbaycana səfəri başa çatıb
AZƏRTAC

Bakı. 30 oktyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Eyni zamanda Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayevin Azərbaycan Respublikasına səfəri oktyabrın 30-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıbılar.

Son xəbərlər

Orphus sistemi