Gürcüstan və Azərbaycan humanitar sahədə əməkdaşlığı genişləndirəcək

Gürcüstan və Azərbaycan humanitar sahədə əməkdaşlığı genişləndirəcək Gürcüstan və Azərbaycan arasında humanitar sahədə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Xarici siyasət
351
24 Sentyabr , 2020 13:02
Gürcüstan və Azərbaycan humanitar sahədə əməkdaşlığı genişləndirəcək

Gürcüstan və Azərbaycan arasında humanitar sahədə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qaxda Əlibəyli kəndində yeni gürcüdilli məktəb inşa olunub: “Hazırda məktəbdə 160 şagird təhsil alır. Lakin təhsil müəssisəi 250 şagir üçün nəzərdə tutulub”

Nazir deyib ki, keçən il son 120 ildə ilk dəfə olaraq Qax rayonunda Kötüklü kəndində kilsədə dini ayin yerinə yetirildi: “Bu, Azərbaycanın gürcü mədəniyyəti və dəyərlərinə hörmətlə yanaşdığını sübut edir".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, ötən il iki ölkə arasında humanitar sahədə tədbirlər planı təsdiqlənsə də, pandemiya səbəbindən onların vaxtı dəyişdirilib: "Ümid edirəm ki, yaxın gələcəkdə bu əməkdaşlığın nəticələrini görəcəyik".

Son xəbərlər

Orphus sistemi