Gürcüstan sakinləri Azərbaycanla münasibətləri qiymətləndirib - SORĞU

Gürcüstan sakinləri Azərbaycanla münasibətləri qiymətləndirib - SORĞU Respondentlərin 17 %-i Azərbaycanı Gürcüstanın ən mühüm siyasi tərəfdaşı adlandırıb
Xarici siyasət
5 Aprel , 2021 18:20
Gürcüstan sakinləri Azərbaycanla münasibətləri qiymətləndirib - SORĞU

Gürcüstanda rəyi soruşulanların 66 %-i ölkənin Azərbaycanla hazırkı münasibətlərini yaxşı qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğsu nəticəsində məlum olub.

Sorğu iştirakçılarının 20 %-i bu münasibətləri nə yaxşı, nə pis, 10 %-i pis dəyərləndirib, 5 %-i isə sualı cavablandırmayıb.

Respondentlərin 17 %-i Azərbaycanı Gürcüstanın ən mühüm siyasi, 21 %-i isə ən mühüm iqtisadi tərəfdaşı adlandırıb.

Sorğu bu ilin 2-26 fevral tarixində 1 500 respondent arasında işğal altındakı torpaqlar istisna olmaqla Gürcüstanın bütün ərazisində keçirilib.

Son xəbərlər

Orphus sistemi