​Gürcüstan Prezidenti: “Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin nümunəsidir”

​Gürcüstan Prezidenti: “Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin nümunəsidir” "Sizə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istərdim"
Xarici siyasət
24 Dekabr , 2015 15:36
​Gürcüstan Prezidenti: “Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin nümunəsidir”

Bakı. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirb. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Əliyev,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin, rifahın, o cümlədən əlverişli inkişafın nümunəsidir. Strateji tərəfdaşlar olduğumuz üçün əminliklə deyə bilərəm ki, əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən Sizin bu yaxınlarda Gürcüstana etdiyiniz səfər xalqlarımızın qarşılıqlı mənafeyi naminə uğurlu nailiyyətlərlə nəticələnəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə göstərdiyiniz bütün mühüm səylərinizdə böyük uğurlar arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi