“Sərhəd məsələsi ilə bağlı Azərbaycan tərəfi ilə aparılan danışıqların nəticələri hələ məlum deyil və buna görə də sakitliyi saxlamaq vacibdir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Patriarxlığının Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze özünün “Facebook” səhifəsində yazıb.
O deyib ki, Gürcüstan Patriarxlığı danışıqlar prosesini izləyir: “Öncə də Patriarxlığın bəyanatında qeyd olunduğu kimi, danışıqlar zamanı Gürcüstan dövləti və kilsənin maraqları ciddi surətdə qorunmalıdır”.