Gürcüstan parlamentinin rəsmisi: “Azərbaycanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlamalıyıq”

Gürcüstan parlamentinin rəsmisi: “Azərbaycanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlamalıyıq” “Əminəm ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələni Azərbaycan hakimiyyəti ilə birgə həll edəcəyik”.
Xarici siyasət
30 Aprel , 2019 19:37
Gürcüstan parlamentinin rəsmisi: “Azərbaycanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlamalıyıq”

“Əminəm ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələni Azərbaycan hakimiyyəti ilə birgə həll edəcəyik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili deyib.

Onun sözlərinə görə, bu məsələyə olduqca ehtiyatla yanaşmaq lazımdır: “Biz kritik problemlərimizin olmadığı Azərbaycanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlamalı, digər tərəfdən isə cəmiyyətin də maraqlarını müdafiə etməliyik. Əminəm ki, bu problemi Azərbaycan hakimiyyəti ilə birgə həll edəcəyik”.

İ.Sesiaşvili Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı problemin artıq neçə ildir mövcud olduğunu qeyd edib: “Təəssüflər olsun ki, bu gün sərhədin demarkasiyası başa çatdırılmayıb. Biz bu məsələnin hər iki ölkənin maraqlarına uyğun formada həll olunacağını gözləyirik”.

Son xəbərlər

Orphus sistemi