Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı 77 deputat sənədin lehinə səs verib
Xarici siyasət
19 Fevral , 2021 15:32
Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində “Dostluq qrupları” haqqında qərar qəbul olunub.

“Report”un yerli bürosu xəbər verir ki, 77 deputat sənədin lehinə səs verib.

Qərara əsasən, 36 deputatdan ibarət Azərbaycanla dostluq qrupuna vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək.

Dostluq qrupunda qanunverici orqanın iki - Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz SamxaradzeSozar Subari də təmsil olunub.

Qrupda yalnız bir müxalif deputat yer alıb. O, Vətəndaşlar Partiyasının sədri Aleksandre Elisaşvilidir.

Son xəbərlər

Orphus sistemi