Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.
Xarici siyasət
20 İyun , 2019 10:20
Gürcüstan parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, iyunun 20-21-də baş tutacaq səfər çərçivəsində gürcü spiker Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcək.

İ.Kobaxidze həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq, Baş Nazir Novruz Məmmədovla da görüşəcək. 

Bakıya rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Zviad Dzidziquri, Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev, Azər Süleymanov və digər şəxslər daxildir.

Son xəbərlər

Orphus sistemi