Gürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Gürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan MSK-dan fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı dəvət alıb.
Xarici siyasət
22 Yanvar , 2020 10:35
Gürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan MSK-dan fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı dəvət alıb.

Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze deyib.

Onun sözlərinə görə, Gürcüstan MSK Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: “Nümayəndə heyətində komissiyanın sədr müavini Giorgi Şarabidze və katibi Giorgi Cavaxişvili təmsil olunacaqlar. Heyətə komissiyanın digər əməkdaşlarının da əlavə olunacağı nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi