Gürcüstan Azərbaycana təşəkkür edib

Gürcüstan Azərbaycana təşəkkür edib Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın səfiri Zurab Pataradze arasında görüş keçirilib.
Xarici siyasət
10 İyun , 2019 16:58
Gürcüstan Azərbaycana təşəkkür edib

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın səfiri Zurab Pataradze arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə Z.Pataradze Azərbaycan tərəfinə iyunun 4-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Tərəflər həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq, ikitərəfli əlaqələrin aktual məsələləri və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi