Gürcüstan Azərbaycana polis attaşesi təyin edib

Gürcüstan Azərbaycana polis attaşesi təyin edib Gürcüstan Azərbaycana polis attaşesi təyin edib.
Xarici siyasət
3 İyun , 2019 17:51
Gürcüstan Azərbaycana polis attaşesi təyin edib

Gürcüstan Azərbaycana polis attaşesi təyin edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.

Sənəddə Gürcüstanın Azərbaycanla yanaşı, Ukraynaya da yeni polis attaşesi göndərdiyi vurğulanıb.

Qeyd edək ki, Gürcüstanın Avropanın əksər ölkələrində polis attaşeləri fəaliyyət göstərir. Polis attaşesinin əsas vəzifəsi Gürcüstan vətəndaşlarının xarici ölkə ərazisində törətdikləri cinayət əməllərinə çevik reaksiya verməkdir.

Gürcüstanın polis attaşeləri ölkənin daxili işlər naziri və xaricdəki diplomatik nümayəndəlik rəhbərinin tabeliyində fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi