Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi məlum olub

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi məlum olub Bu barədə “Dostluq qrupları haqqında” qərar layihəsində bildirilib
Xarici siyasət
16 Fevral , 2021 17:11
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibi məlum olub

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunda 36 deputat təmsil olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Dostluq qrupları haqqında” qərar layihəsində bildirilib.

Sənədə əsasən, qrupa vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun üzvləri arasında azərbaycanlı deputatlar – Zaur DarğallıSavalan Mirzəyev də var.

Layihənin qanunverici orqanın plenar iclaslarında müzakirəsinə artıq başlanılıb.

Qeyd edək ki, K.Kuçava bundan öncə də Azərbaycanla dostluq qrupuna başçılıq edib.

Son xəbərlər

Orphus sistemi