​Gürcü siyasətçi: "Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib"

​Gürcü siyasətçi: "Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib" Paata Davitaya: "Yeni baş nazir isə təcili olaraq, "Qazprom"la işləməyə başladı"
Xarici siyasət
13 Yanvar , 2016 14:25
​Gürcü siyasətçi: Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib

Bakı.13 yanvar. REPORT.AZ/ "Azərbaycan ağır günlərimizdə həmişə bizə dəstək verib".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın Avropalı Demokratlar Təşkilatının lideri Paata Davitaya ölkəsinin "İberiya" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, "Qazprom" Rusiya prezidenti Vladimir Putinin əlində silahdır: "O, bunula ölkəmizi bütünlükdə nəzarətə götürmək istəyir. Buna görə də hətta, uduzsa belə heç kimə güzəştə getməyəcək. Odur ki, Putindən qorxanlar güzəştə gedirlər".

P.Davitaya bildirib ki, dünyanın "Qazprom"dan uzaq durmaq istədiyi birmənalıdır: "Bir neçə ay öncə Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom"la bağlı bəyanat verəndə, keçmiş baş nazir İrakli Qaribaşvili Rusiya şirkəti ilə əməkdaşlıqla bağlı müqavilənin hazırlanmadığını bildirdi. Bundan sonra onu "Gürcü arzusu"ndan qovdular. Yeni baş nazir isə təcili olaraq, "Qazprom"la işləməyə başladı".

P.Davitaya Azərbaycanın Gürcüstana etdikləri yardımları xatırladıb və deyib: "Azərbaycan bizi həmişə dəstəkləyib. Əks halda vəziyyətimiz çətin olacaq".

Son xəbərlər

Orphus sistemi