Gürcü jurnalistlər və ekspertlər Azərbaycanın azad olunan rayonlarına səfər edəcək

Gürcü jurnalistlər və ekspertlər Azərbaycanın azad olunan rayonlarına səfər edəcək Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə gürcü jurnalistlər, ekspertlər və bu ölkənin nüfuzlu ictimai xadimlərindən ibarət geniş nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Xarici siyasət
189
20 Sentyabr , 2021 17:21
Gürcü jurnalistlər və ekspertlər Azərbaycanın azad olunan rayonlarına səfər edəcək

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə gürcü jurnalistlər, ekspertlər və bu ölkənin nüfuzlu ictimai xadimlərindən ibarət geniş nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan nümayəndə heyətinin paytaxt Bakı və Gəncə şəhərləri ilə yanaşı, işğaldan azad olunmuş Ağdam, Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

"Gürcüstan ictimaiyyəti üçün Azərbaycanın Zəfər təcrübəsi baxımından böyük maraq kəsb edən bu səfər son qoyulan işğalın ağır fəsadları ilə bilavasitə tanışlıq xarakteri daşımaqla, ölkələrimiz və xalqlarımız arasında mövcud olan həmrəylik və qarşılıqlı dəstəyin növbəti təzahürüdür.

Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı yenilənmiş məlumat operativ şəkildə səfirlik tərəfindən səfər boyunca təqdim ediləcək, habelə onun gedişatı və nəticələri barədə hər iki ölkənin KİV-də müvafiq xəbərlər yayımlanacaq", - diplomatik nümayəndəlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi