Mehriban Əliyeva: "Günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir"

Mehriban Əliyeva: "Günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir" Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın dövlət başçısına və Fransa xalqına başsağlığı məktubu göndərib
Xarici siyasət
14 Noyabr , 2015 17:21
Mehriban Əliyeva: Günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir

Bakı. 14 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilən terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransanın Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib. "Report"un xəbərinə görə, başsağlığı məktubda deyilir: 

"Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi