GUAM XİN rəhbərləri münaqişə zonalarındakı vəziyyəti müzakirə ediblər

GUAM XİN rəhbərləri münaqişə zonalarındakı vəziyyəti müzakirə ediblər Bazeldə GUAM Xarici İşlər Nazirləri Şurasının 24-cü iclası keçirilib
Xarici siyasət
5 Dekabr , 2014 16:51
GUAM XİN rəhbərləri münaqişə zonalarındakı vəziyyəti müzakirə ediblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 5-də Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 24-cü iclası keçirilib. 

"Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, yığıncaqda "GUAM regionunda uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" qətnamə layihəsi üzrə aparılan işə sədrlik edən tərəfin məlumatı diqqətə alınıb, GUAM regionundakı münaqişə zonalarındakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və onların suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərində ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlər pislənilib. 

GUAM XİNŞ həmçinin Moldova tərəfinə müvəffəqiyyətli sədrliyinə görə minnətdarlığını bildirib və təşkilata sədrliyin Ukraynaya verilməsi qərarını alıb. 

Qeyd edək ki, Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. GUAM XİNŞ-in növbəti iclasının yeri və tarixi diplomatik kanallarla razılaşdırılacaq.  

Son xəbərlər

Orphus sistemi