Yuxarı
    Bağlamaq

    GUAM və Gürcüstan nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Görüş zamanı tərəflər GUAM Milli Koordinatorlar Şurasının keçiriləcək iclasının gündəliyini müzakirə ediblər

    Bakı. 31 dekabr. REPORT.AZ/ GUAM Demokratiya və İqtisadi İnkişaf Təşkilatının baş katibi Valeri Çeçelaşvili Gürcüstanın xarici işlər nazirinin müavini, GUAM milli koordinatoru David Calaqania ilə görüşüb. 

    "Report" təşkilatın saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər GUAM əməkdaşlığının bir sıra məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı təşkilatın üzv ölkələrinin XİN siyasi departamentləri direktorlarının iştirakı ilə 2015-ci il yanvar ayının 28-29-da strukturun katibliyində keçiriləcək GUAM Milli Koordinatorlar Şurasının 33-cü iclasının gündəliyi və proqramına xüsusi diqqət ayrılıb. 

    Nazir müavini qeyd edib ki, gürcü tərəfi Ukrayna nümayəndəliynin qeyd olunmuş sənədlər üzrə təkliflərini maraqla qarşılayıb və iclasda öz iştirakını təsdiqləyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi