Bakı. 29 yanvar. REPORT.AZ/ Hazırda GUAM çərçivəsində kibertəhlükəsizlik sahəsində qarşılıqlı anlaşma barədə memorandum layihəsi hazırlanır.
"Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, razılaşmadan sonra memorandum GUAM-a üzv dövlətlərin nümayəndələri tərəfindən imzalanacaq.