GUAM-ın hökumət başçıları oktyabrın əvvəlində Moldovada görüşəcəklər

GUAM-ın hökumət başçıları oktyabrın əvvəlində Moldovada görüşəcəklər
Xarici siyasət
26 Sentyabr , 2018 15:59
GUAM-ın hökumət başçıları oktyabrın əvvəlində Moldovada görüşəcəklər
Report
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Oktyabrın 5-6-da Moldova paytaxtı Kişineuda GUAM-Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın hökumət başçılarının görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulianovski bildirib.

“Moldova GUAM-ın inkişaf potensialına qəti əmindir. Nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində üzv dövlətlərin ərazisinin Qərbi və Mərkəzi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər mühüm dəhliz vasitəsinə çevriləcəyi qənaətindəyik”, - T.Ulianovski bildirib.

O, GUAM ölkələri arasında sərbəst ticarət zonasının yaradılması üçün hüquqi tədbirlərin tezliklə başa çatdırılması arzusunda olduğunu bildirib.