GUAM-ın baş katibi Milli Məclisdə olub

GUAM-ın baş katibi Milli Məclisdə olub 2016-cı ildə qurumda əsas diqqət iqtisadi layihələrə veriləcək, münaqişələrin həllinə dair məsələlər önə çəkiləcək
Xarici siyasət
9 Fevral , 2016 19:14
GUAM-ın baş katibi Milli Məclisdə olub

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Milli Məclisdə GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüş keçirilib. Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Azər Kərimli ilə görüşdə Azərbaycanın 2016-cı ildə GUAM-a sədrlik etdiyi dövrdə qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, hazırkı geosiyasi vəziyyət Azərbaycanın bu qurumdakı rolunu daha da artırıb. 2016-cı ildə qurumda əsas diqqət iqtisadi layihələrə veriləcək, investisiya, ticarət, turizm, nəqliyyat və tranzit potensialından səmərəli istifadə olunması, münaqişələrin həllinə dair məsələlər önə çəkiləcək.

Söhbət zamanı GUAM Parlament Assambleyasının Baltik Assambleyası və digər beynəlxalq və regional parlament qurumaları ilə əməkdaşlığı, qurumun avrointeqrasiya siyasəti barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, GUAM PA çərçivəsində konkret problemlərin həllində parlamentlərin böyük rolu ola bilər və bunun üçün lazımi potensial da mövcuddur.

Görüşdə Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əli Məsimli və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi