Yuxarı

​GUAM-ın baş katibi Azərbaycana səfər edəcək

Valeri Çeçelaşvili Üçüncü Ümümdünya mədəniyyətlərarası dialoq forumunda iştirak edəcək

Bakı. 13 may. REPORT.AZ/ GUAM təşkilatının baş katibi Valeri Çeçelaşvili gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə "Report"a GUAM-ın mətbuat xidmətindən məlumat verilib.

Baş katibin səfəri onun 18-19 may tarixində Bakıda keçiriləcək Üçüncü Ümümdünya mədəniyyətlərarası dialoq forumunda iştirakı ilə bağlıdır.

Tədbirin əsas mövzusu "2015-ci ildən sonra gündəlikdə duran mədəniyyət və dayanıqlı inkişaf" mövzusu olacaq.

Forum Azərbaycan Prezidentinin himayəsi altında, YUNESKO, BMT-nin sivilizasiyalar alyansı, BMT-nin Ümumdünya turizm təşkilatı, Avropa şurası və İSESKO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi