Bakı. 20 Yanvar. REPORT.AZ/ GUAM-ın baş katibi Altay Əfəndiyev Kiyevdə Moldovanın Ukraynadakı səfiri Ruslan Bolboçanla görüşüb.
"Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə tərəflər təşkilatın işlərinin cari vəziyyəti və GUAM çərçivəsində əməkdaşlığın perspektivlər və əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə sıx əməkdaşlıq barəsində razılaşma əldə olunub. Eyni zamanda GUAM-ın baş katibinin yaxın günlərdə Moldovaya edəcəyi işgüzar səfər müzakirə olunub.
Qeyd edək ki, azərbaycanlı diplomat Altay Əfəndiyev 2016-cı il yanvar 1-dən GUAM-ın baş katibi kimi vəzifəsində fəaliyyətə başlayıb.